"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: “Avropa şurasında “Novruz Bayramı” ilə bağlı tədbir təşkil edilib”

--2023-03-22 / 08:45

“Avropa şurası Konqresinin 44-cü Sessiyası ərəfəsində Azərbaycanın Avropa şurası yanında Daimi Nümayəndəliyi və Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "Novruz bayramı" tədbiri keçirilmişdir”- bu fikirləri nümayəndə heyyətinin üzvü Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, tədbirdə sərgi-satış təşkil olunmuş, əldə olunan vəsait bu ilin fevralında Türkiyədəki zəlzələdən zərər çəkənlərə göndəriləcəkdir. Avropa şurası Konqresindəki milli nümayəndə heyətləri və qurumda çox sayda diplomatik missiyanın qatıldığı tədbirdə ölkəmizin mədəniyyətini tərənnüm edən çıxışlar edilmişdir. Azərbaycanın muğam ustaları və rəsq heyəti tədbirə xüsusi rəng qatdılar. Avropa şurası Konqresinin prezidenti Verbek Novruz tədbirinə qatılmışdır.

Xatırladaq ki, Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar ibrahimovun rəhbərliyi ilə iştirak edir.

Belə ki, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Mathieu Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü Sessiyasında iştirak üçün dəvət olunmuşdur. Sessiya 21-23 mart 2023-cü il tarixlərində Strasburq şəhərində keçirilir.

Tədbir Azərbaycan sənət adamlarının konserti ilə başa çatmışdır.

Belediyye.info

 

 

ŞƏRHLƏR